Media rəhbəri Cuma Kaplandan Adil Əliyeva dəstək

Media rəhbəri Cuma Kaplandan Adil Əliyeva dəstək

Azərbaycanın son bir neçə ildə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, rəsmi Bakının dünyada artan nüfuzundan xəbər verir. Türkiyə xalqı qardaş Azərbaycanın uğurlarına yalnız sevinir və qürur hissi keçirir. Bu eyni zamanda Türkiyənin uğurlarıdır.

Bu sözləri Türkiyənin nüfuzlu sporajans.com.tr idman xəbər agentliyinin rəhbəri, Türkiyənin tanınmış idman jurnalistlərindən olan Cuma Kaplan Azərbaycan Kikboksinq və Muay Tay federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin başçılığı altında Azərbaycanın böyük şəxsiyyəti, mərhum Azərbaycan prezidenti, ümummilli lider Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş növbəti beynəlxalq Kikboksinq peşəkar turnirin keçirilməsinə münasibət bildirərkən qeyd edib.

Kaplan belə yarışmanın keçirilməsinin vacibliyini diqqətə çəkərək, bu yöndə tədbirlərin Azərbaycanın dünyada tanıdılmasına böyük töhfə verəcəyini qeyd edib: ”İlk öncə millət vəkili Adil Əliyev başda olmaqla, bütün komandaya uğurlar arzulayıram. Böyük tədbir keçiriləcək və rəhbəri olduğumuz agentlik bu tədbiri dəstəkləyir. Onu bildirim ki, hər zaman Azərbaycanlı qardaşlarımızın yanındayıq.

Bildiyim qədər beynəlxalq yarışa dünyanın müxtəlif yerlərindən insanlar gələcək. Çox uğurlu tədbirdir və inanırıq ki, uğurla başa çatacaq”,-deyə Kaplan söyləyib. Kaplan eyni zamanda belə tədbirlərin Azərbaycanın dünyada tanınmasına böyük təsir göstərdiyini bildirib: “İdman beynəlxalq arenada bir ölkənin dünyada tanıdılmasına və imicinin qalxmasına kömək edir.

Yəni, bir növ reklam rolunu oynayır. Azərbaycan son illər belə tədbirlər keçirməklə bir daha dünyanın idman dövlət olduğunu təsdiqləyir və qardaşlarımıza uğurlar arzulayırıq”,-deyə Cuma Kaplan əlavə edib.

Qeyd edək ki, www.sporajans.com.tr saytının hər il keçirdiyi 2010-cu ildə “İlin İdman Adamları” mükafatlandırma mərasimində Azərbaycan Futbol Federasiyaları Assosasiyasının prezidenti Rövnəq Abdullayevi, eləcə də “neftçi”nin prezidenti Sadıq Sadıqovu, Azərbaycan və Türkiyə arasında idmanı əlaqələrinin yaxınlaşmasında göstərdiyi xidmətlərinə görə, Azərbaycan-Türk Futbol Məktəbinin direktoru Yusuf Uncuları “idman səfiri” ödülləri ilə mükafatlandırmışdı.

2012-ci ildə isə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərovu “İlin İdman Adamlar” mükafatına layiq görülüb.

Newsaze.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az