Məhərrəm Əliyev Elçin Quliyevlə birgə Ermənistanla sərhəddə — FOTOLAR

Məhərrəm Əliyev Elçin Quliyevlə birgə Ermənistanla sərhəddə — FOTOLAR

Yanvarın 2-də Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən Miq.Az-a məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti yoxlanılıb, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə sərhəd döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhəd­çilərin xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.


 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az