Məhkəmə Pərviz Müşərrəf haqqında edam hökmü çıxardı

Məhkəmə Pərviz Müşərrəf haqqında edam hökmü çıxardı

Pakistanın xüsusi məhkəməsi sabiq prezident Pərviz Müşərrəf haqqında qərar qəbul edib.

"Miq.Az" "Dawn" qəzetinə istinadən xəbər verir ki, sabiq dövlət başçısının haqqında edam hökmü çıxarılıb.

Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyasının qərarında deyilir ki, Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib.

Sabiq prezident 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırmaqda və fövqəladə vəziyyət rejimi tətbiq etməkdə ittiham olubun.

Qeyd edək ki, general Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az