Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdı - AZƏRBAYCANDA

Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdı - AZƏRBAYCANDA
Biləsuvar sakini özünü yandırıb.
 
 Lent.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eldar Allahşükür oğlu Biləsuvar rayon Məhkəməsinin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.İmanov daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
 
Bildirilir ki, E.İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az