Məktəbdə maşınla gələn şagirdlər arasında QANLI DAVA

Məktəbdə maşınla gələn şagirdlər arasında QANLI DAVA

Dünən Şəmkir rayonunun Yeni Həyat kəndindəki orta məktəbdə baş vermiş bıçaqlanmanın səbəbi bilinib. Miq.Az-ın məlumatına görə, 10-cu sinif şagirdi Ceyhun Məmmədovun 11-ci sinif şagirdi olan Abbas Əliyev tərəfindən dərs vaxtı bıçaqlandığı müəyyən edilib. Məlum olub ki, hər iki şagird orta məktəbə avtomobillə gəlib və onlar arasında maşın saxlamaq üçün olan yerə görə mübahisə düşüb. Bir-birilərinə güzəştə getməyən şagirdlərin mübahisəsi münaqişəyə çevrilib və 16 yaşlı Ceyhun digər məktəbli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra valideynlər məktəb rəhbərliyinə tədris prosesinin yaxşı təşkil edilməməsi ilə bağlı narazılıqlarını bildiriblər./Lent.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az