Məktəbdə valideynlər arasında dava - Polis araşdırma APARIR

Məktəbdə valideynlər arasında dava - Polis araşdırma APARIR
Yasamal rayonunda valideynlər arasında dava baş verib.

Modern.az-ın məlumatına görə, görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə yerləşən 158 saylı orta məktəbin həyətində baş verib. Davanın səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti baş verən insidentə münasibət bildirib. Qurumun əməkdaşı Lumu İsrəfilli qeyd edib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər.

"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcəkdir", - açıqlamada bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az