Məleykə Abbaszadə ekspertləri tənqid etdi: "Bu, onlar üçün biznesdir!"

Məleykə Abbaszadə ekspertləri tənqid etdi:

"Saytımızda elan etdiyimiz məlumatları təkrarlayanlar özlərini ekspert adlandırır”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu məlumatlar hər kəsə açıqdır:
"İstənilən şəxs həmin məlumatı əldə edə bilər. Qonşu ölkələrdə təhsil ekspertlərin çıxışına baxın, bir də bizim ölkədə. Bu sahədə xidmət edən şəxslər onlara daha çox müraciət edilməsini istəyirlər. Çünki bu, onlar üçün biznesdir.
Mən başa düşürəm ki, bəzi valideynlərə elə gəlir ki, bu məlumatlar onlar üçün çətindir və hansısa izaha ehtiyac duyurlar. Lakin bunun üçün də bizə müraciət edib, məlumat ala bilərlər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az