Melkonyan: Qarabağ getsə, Ermənistanın sonu gələcək

Melkonyan: Qarabağ getsə, Ermənistanın sonu gələcək

Əgər Qarabağı itirsək erməni tarixinin sonuncu vərəqini qapatmış olacağıq.

Miq.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri bir zamanlar erməni terrorçu Monte Melkonyan səsləndirmişdi.

O deyirdi ki, əgər Azərbaycan erməniləri Qarabağdan vurub çıxartsa, onlar daha sonra Zəngəzurda və Ermənistanın digər regionlarında üstünlük əldə edəcəklər. Onun baxışına görə, Ermənistanın uzun müddətli əmin-amanlığı həlledici şəkildə Qarabağın taleyindən asılıdır.

Qeyd edək ki, Ermənistan noyabrın 25-də terrorçu Monte Melkonyanın ad gününü qeyd edəcək. Sağ qalsaydı indi onun 63 yaşı olacaqdı. Ancaq Azərbaycan ordusu onu 1993-cü ilin iyunun 12-də (35 yaşında) Ağdamın Mərzili kəndində məhv etdi.

O, ABŞ-da doğulub. ASALA terror təşkilatına rəhbərlik edib. İki dəfə Türkiyə diplomatlarına qarşı terror hücumlarına görə Fransada həbs olunub. Hər dəfə də erməni terroruna dəstək verən Fransa həyasız şəkildə çox qısa zamandan sonra onu həbsdən azad edərək xaricə göndərib.

Ən maraqlısı odur ki, Dağlıq Qarabağda 4 min döyüşçüyə rəhbərlik etmiş bu terrorçunun şərəfinə 1993-cü ildə İrəvanda hərbi akademiya təsis edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az