Məmur balasının YPX əməkdaşını təhqir etməsinə aydınlıq gətirildi

Məmur balasının YPX əməkdaşını təhqir etməsinə aydınlıq gətirildi

«Rols Royce» markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozduğu üçün ona yaxınlaşan yol polisi əməkdaşını təhqir edib

Bu gün Bakıda 1 milyonluq maşının sürücüsünün yol polisi əməkdaşını təhqir etməsi yazısına Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. Vətəninfo.az avtosfer.az saytına istinadən xəbər verir ki, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli «Rols Royce» markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozduğu üçün ona yaxınlaşan yol polisi əməkdaşını təhqir edib. Yol polisi əməkdaşı sürücüdən sənədlərini istəsə də, qarşı tərəf heç bir sənəd təqdim etməyib. Üstəlik, sürücü yol polisinə 20 qəpik uzadaraq «al, bu da sənə şirinlik» deyərək oradan uzaqlaşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az saytına bildirdi ki, bununla bağlı araşdırma aparılıb, lakin yazıda qeyd olunan məqamlar təsdiqini tapmayıb: «Vətəndaşlardan xahiş edirik ki, kütləvi informasiya vasitələrinə yalan məlumat verməsinlər. Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı sürücünün yol polisinə qarşı kobudluq etməsi, təhqir etməsi kimi faktlar təsdiqini tapmayıb».

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov isə “Qafqazinfo”ya bildirib ki, polisin təhqir olunması barədə yazılanlar düzgün deyil: “Yol Patrul Xidmətinin əməkdaşları həmin maşını həqiqətən də saxlayıblar. Lakin sürücü yazıldığı kimi 20 qəpik yox, 50 manat  çıxararaq cəriməni ödəməyə hazır olduğunu bildirib. YPX əməkdaşları isə cəriməni yalnız protokol yazıldqdan sonra qanunda göstərildiyi şəkildə ödəməli olduğunu bildiriblər. Sonradan məlum olub ki, həmin şəxs özü hazırda istefada olan polis polkovnikinin oğludur. Sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər”.

S.Bağırov onu da deyib ki, mətbuat polis, həmçinin digər peşə sahibləri ilə bağlı bu cür məlumat yazarkən daha həssas olmalıdır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az