“Mənə dedilər ki, irəliləyiş var, yaxın günlərdə...” - Zelenski
Prezident Vladimir Zelenski Ukrayna limanlarından taxılın çıxışını təmin etmək üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında dünən İstanbulda keçirilən dördtərəfli görüşlə bağlı açıqlama verib.
Miq.Az xəbər verir ki, Zelenski dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün çox mühüm səylər göstərdiklərini deyib.
"BMT və Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram. Bu hekayənin uğuruna təkcə dövlətimizin deyil, mübaliğəsiz bütün dünyanın ehtiyacı var”, - Ukrayna lideri vurğulayıb.
Zelenski bildirib ki, Qara dənizdəki gəmilər üçün Rusiya təhlükəsi aradan qaldırılarsa, bu, qlobal ərzaq böhranının şiddətini yüngülləşdirəcək.
"Ukrayna nümayəndə heyəti mənə dedi ki, irəliləyiş var. Detalları yaxın günlərdə BMT baş katibi ilə razılaşdıracağıq”, - Zelenski qeyd edib.
Miq.Az