Mənsimovlar məşhur iş adamı ilə quda oldular - FOTOLAR

Mənsimovlar məşhur iş adamı ilə quda oldular - FOTOLAR
Mənsimovlar ailəsində xoş hadisə baş verib. 

Miq.az  "qafqazinfo”ya istinadən xəbər verir ki, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və "PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu olub.
Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, "Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.
Toyda  500 nəfər iştirak edib. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub.
Mərasimdə Murad Boz, Hadisə  və bir sıra məşhur ulduzlar çıxış edib.
Dəbdəbəli toy mərasimindən bəzi fotoları təqdim edirik.








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az