Merkel Ərdoğanın önündə diz çökdü

Merkel Ərdoğanın önündə diz çökdü
Almaniyanın "Zeitunq” qəzeti Türkiyə-Almaniya münasibətləri haqda yazı dərc edib.
 
Axar.az xəbər verir ki, yazıda Türkiyə və Almaniya arasında münasibətlərin qaydaya salınması yolunda atılan addımlardan və bu addımların müsbət nəticələr verdiyindən söz açılıb.
 
Qəzet Almaniya kansleri Angela Merkelin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın önündə diz çökdüyünü yazıb:
 
"Angela Merkel Ərdoğanın önündə diz çökdükdən sonra Ankaradan müsbət xəbərlər gəldi”.
 
Qeyd edək ki, iki ölkə arasında münasibətlər Almaniyanın 1915-ci il qondarma erməni soyqırımını tanımasından sonra pozulmuşdu. Buna cavab olaraq, Türkiyə Almaniya millət vəkillərinə İncirlik bazasında olan əsgərləri ziyarət etməyi qadağan etmişdi.
 
G20 sammitindən əvvəl Ərdoğan ilə keçirilən görüşdə Merkel Türkiyədə baş vermiş 15 iyul hərbi çevrilişə cəhdi pislədiklərini və bu ölkənin İŞİD-lə mübarizəsini dəstəklədiklərini bildirmişdi.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az