Məşhur müğənnimizin oğlu narkotikə görə tutuldu

Məşhur müğənnimizin oğlu narkotikə görə tutuldu

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az