Məsud Bərzani PKK haqqında danışdı
Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani PKK-nı tənqid edib.
Axar.az xəbər verir ki, Bərzani PKK-nın mülki vətəndaşları hədəfə almasını pisləyib. O, terror təşkilatının çıxılmaz yola girdiyini bildirib:
"PKK-nın mülki vətəndaşları öldürməsi, onlara zərər verməsi yanlışdır. Biz 50 il rejimə qarşı mübarizə apardıq, amma bir mülki vətəndaşa belə zərər vermədik. Bizim mübarizəmiz əsnasında bir bölgə mühasirəyə alındı, hər şey hazır idi. Amma atam vətəndaşlara zərər gəlməsin deyə, ora girməyimizə icazə verməmişdi. Biz nəinki mülki vətəndaşlara, hətta məktəblərə, enerji təsislərinə də zərər vermədik”.
Miq.az