Məşğulluq Agentliyinin vakansiya bankına yanlış məlumat yerləşdirirlər - AZAY QULİYEV

Məşğulluq Agentliyinin  vakansiya bankına yanlış məlumat yerləşdirirlər - AZAY QULİYEV

Deputat Azay Quliyev  Milli Məclisin bugün keçirilən plenar iclasında  vakansiya ilə bağlı yanlış məlumat verən qurumları tənqid edib.

Gununsesi.info-nun  xəbərinə görə, "Məşğulluq haqında” qanun layihəsinin müzakirəsi zamanı   çıxışında deputat bildirib ki, idarə, müəssisə və təşkilatlar boş vakant iş yerləri barəsində Məşğulluq Agentliyinin  vakansiya bankına yanlış məlumat yerləşdirirlər: "Bundan başqa bəzi  işəgötürən qurumlar  tərəfindən iş axtaranlara süni maneələr yaradılır və onlar süründürməçiliyə məruz qalırlar. Beləliklə, vətəndaşların işlə təmin olunması istiqamətində dövlətin yaratdığı mexanizm və alətlərin tam gücü ilə işləməsinə problem yaradılır”.

Azay Quliyev  bu məsələnin  ciddi araşdırmalı olduğunu deyib: "Vakansiya ilə bağlı yanlış məlumat verən və ya iş axtaranları incidən müəssisə, təşkilat və idarələrə qarşı cərimə sanksiyası tətbiq edilməlidir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az