Məzahir Pənahov parlament seçkilərinin tarixini AÇIQLADI
Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır.
Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər.
"Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - Məzahir Pənahov qeyd edib.
***
Məzahir Pənahovdan tapşırıq: Seçki hazırlığı başlasın!
Mərkəzi Seçki Komissiyası artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.
Miq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.