Məzahir Pənahov: Seçkilərdə beynəlxalq müşahidəçilər üçün dəvətlər hazırlanır

Məzahir Pənahov: Seçkilərdə beynəlxalq müşahidəçilər üçün dəvətlər hazırlanır
Prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi olub. Bu dəfə də həmin dəvətlər hazırlanır.

 

Pravda.az xəbər verir ki, bunun Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki çalışmalıyıq ki, müşahidəçilərlə bağlı göstəricilər əvvəlki illərdən az olmasın.

 

"Veb kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradan çıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır”, - deyə M.Pənahov qeyd edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az