Məzahir Pənahovdan sərt xəbərdarlıq - Tələbləri pozanlar cəzalandırılacaq
Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq.
Yenisabah.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.
O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.
"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".
***
Məzahir Pənahovdan DSK sədrlərinə xəbərdarlıq - "Məsuliyyətli olun"
Mükəmməl seçki olmur. Heç kəs səhvlərdən sığortalanmayıb.
Modern.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçki prosesindəki səhvin nədən ibarət olması çox vacibdir:
"Özünüzdə məsuliyyət hiss edin. Çünki siz artıq suveren ölkənin vətəndaşısınız. Bu tamamilə başqa bir gələcək deməkdir".