MİDA-dan 85 milyonluq sifariş alan şirkət – «HN Construction» MMC hansı tenderləri udur? – SİYAHI, MƏBLƏĞLƏR

MİDA-dan 85 milyonluq sifariş alan şirkət – «HN Construction» MMC hansı tenderləri udur? – SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət  – əsl "tender çempionu” aşkar edilib.

Miq.Az xəbər verir ki, bu – «HN Construction» MMC-dir (VÖEN: 1304302851).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.

«HN Construction» MMC-nin bütün tenderləri "MİDA” MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.

Qeyd edək ki, şirkət əsasən yaşayış evlərinin, binaalrın tikintisi və avadanlıqlarla təchiz edilməsi işlərinin satın alınması işləri üzrə xidmət göstərir.

fed.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az