Mikayıl Cabbarov “TikTok”la əməkdaşlıq imkanlarını müzakirə edib

Mikayıl Cabbarov “TikTok”la əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan "TikTok” şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb: "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb”(apa).


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az