Mikayıl Cabbarova yeni vəzifə verildi

Mikayıl Cabbarova yeni vəzifə verildi

Milli Olimpiya Komitəsində Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
 
Miq.az-ın Report-a istinadən məlumatına görə, tədbirə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb. 
Yeganə namizəd, təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib. O, yeni vəzifədə Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Nazim İbrahimovu əvəzləyib. 
Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.



Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az