Qaradağ Rayon İcra Hakimiyyəti Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılmasına münasibət bildirib.
İH-nin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi:
"Ərazidə abadlıq işləri aparılıb və yeni mərmərdən abidə hazırlanıb. Çıxarılan abidə sovet dövründə gipsdən hazırlanıb. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi. Hər dəfə ağardılırdı və görkəmi də ona oxşamırdı”.
"Dünən Mikayıl Müşfiqin mərmərdən yeni abidəsi köhnə abidənin yerinə qoyulub”, - deyə şöbə müdiri qeyd edib.
Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?