Deputat Baş Prokurorluq tərəfindən SAXLANILDI

Deputat Baş Prokurorluq tərəfindən SAXLANILDI

Milli Məclisdə polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun  toxunulmazlıq hüququ ləğv edilib.

Deputatın yaxınlarından Miq.Az-a verilən məlumata görə,  toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Belə ki, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq. 

Qeyd edək ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az