Millət vəkili bu nazirliyi tənqid etdi

Millət vəkili bu nazirliyi tənqid etdi
Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcların həcmi ilbəil artır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, 2 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu alıb:

"Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz 80 manat veteran pulunun artırılmasını qaldırmışdıq, Himalay Məmişov dedi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq?”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az