Vətəninfo.az xəbər verir ki, bu günlərdə Özbəkistandan səfərdən qayıdan millət vəkili Etibar Hüseynov səfər təssüratların özünün facebook səhifəsindən bölüşüb. Millət vəkilinin paylaşdığı təssüratlarını maraqlı hesab etdərək təqdim edirik:
Dəşkəndə hər gəlişimdə onunla görüşə can atsam da hər dəfə bir səbəb ucbatından sevdamız baş tutmurdu. Amma bu dəfə alındı. Pafosdan-filandan tam uzaq deyəcəm-həyatımın ən xoşbəxt saatlarından yaşadım. Çünki o uzaq uşaqlıq illərimin yaddaşına əbədi həkk olunmuş filmlərin yaradıcısıdır. Bizim nəsl onun filmləriylə böyüyüb, yetişib, formalaşıb. Bəli, söhbət əfsanəvi "Daşkənd çörəkli şəhərdir" " Sən yetim deyilsən" və bu qəbildən olan onlarla sənət əsərinin müəllifi-dahi rejissor Şöhrət Abasovdan gedir. Gözlədiyimin əksinə olaraq 85 yaşlı Şöhrət bəy kifayət qədər gümrah və şux qalıb. Dövlət Mədəniyyət Universitetində dərs də deyir. Burada tələbələr zarafatca deyir ki - Özbəkistanda 3 nəfəri hamı taniyir.- Əmir Teymuru, İslam Kərimovu və Şöhrət Abasovu...

METR-lə saatlarca söhbətləşdik. Doymadım. Onun Azərbaycanla, Heydər Əliyevlə, bir sıra korifey sənətkarlarımızla bağlı xatirələri çox maraqlıdir. Söhbət məhşur "Görüş" filmindən düşür. Filmdəki Lalə rolunun ifaçısı Nelya Atullayeva ilə bir vaxtlar sevgili olduğu məlum olur. "Nelyanın gözəlliyi başına bəla oldu. 30 yaşına çatmamış dünyasını dəyişdi. İçki və narkotik onu məhv elədi."-dedi.
Dostlar Şöhrət Abasovun filmlərinə mütləq baxın. Xüsusən də "Daşkənd çörəkli şəhərdir"ə. Uşaqlarınıza da məsləhət gürün..