Keçmiş deputat Aydın Abbasovun Nardaran hadisələrindən sonra Gəncədə keçirilən xüsusi əməliyyatla bağlı fikirlərinə Gəncənin yeni deputatı Naqif Həmzəyevdən cavab gəlib.
Vizual.az xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev "Qafqazinfo”ya açıqlamasında şəhərdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü vurğulayıb:
"Gəncənin son vaxtlar necə böyük sürətlə inkişaf etməsi, abadlaşdırılması və tarixi keçmişi qorunmaqla müasirliyə qovuşması, əsrarəngiz bir şəhərə çevrilməsi bir qrup şəxsləri narahat edir. Gündəmdə qalmaq istəyən bəzi şəxslər fürsət düşən kimi gəncəlilərin adından danışmağa başlayır, Gəncə və gəncəlilər haqqında fikirlər səsləndirməyə, özlərini canları yanan kimi göstərməyə çalışırlar. Gəncə abadlığı, inkişafı, gözəlliyi ilə deyil, həm də sabitliyi, əmin-amanlığı ilə seçilir. Azərbaycanın ikinci böyük şəhərində əhval-ruhiyyə, əmin-amanlıq, sabitlik yüksək səviyyədədir, ictimai asayişin və stabilliyin qorunması lazımi səviyyədə təşkil edilir və vaxtında lazımi addımlar atılır”.
Gənc deputat daha sonra qeyd edib ki, dindən vasitə kimi istifadə edərək insanların beynini zəhərləmək, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmaq ən böyük cinayətdir:
"Əminəm ki, Gəncənin inkişafını gözügötürməyən araqarışdıranların din amilini önə çəkərək, öz fəaliyyətlərinə bəraət qazandıranların gəncəlilərin adından danışmağa haqqı çatmır”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?