Zakatala-Baklakən bölgəsində baş verən zəlzələ zamanı xeyli dağıntılar olduğu bölgədən verilən xəbərlərdə bildirilsədə, rəsmi dairələr bu xəbərləri inkar edirlər. Elə bölgədən olan millət vəkilləri də rəsmi dairələrin verdiyi tipdə açıqlamalar verməkdədirlər ki, bu məlumatların hansının doğru, hansının yalan olduğunu dəqiq demək çətindir. Amma bilinən o ki, zəlzələ heçdə təlafat vermədən öz işini bitirməyib. Bölgədən verilən məlumata görə rayonda zəlzələdən ziyan çəkən evlərdən biridə millət vəkili Hikmət Atayevindi. Məsələ ilə bağlı “Vətəninfo.az”a danışan Atayev evinə ziyan dəydiyini desə də, bunun bir o qədər səsə-küyə səbəb olacaq həddə olmadığını bildirdi. “ Hadisə zamanı xəstəxanada idim. Mən nə baş verdiyini divardakı saatın və masanın üzərindəki güldanın bir anlığa düşməsi ilə anladım. Həmin vaxt xəstəxanada bir neçə cərrahiyyə əmliyyatı keçirilirdi ki, təbii ki, hadisə anında həmin xəstələr çölə çıxarıldılar”-deyən millət vəkili onunda bildirdi ki,xəstəxanada da çatlar var və bir neçə yerin suvağıda tökülüb. Onun sözlərinə görə, Fövqaladı Hallar Nazirliyinin nümayəndələrinin baxışlarından sonra xəstələr öz yerlərinə qaytarılıblar. “ hazırda rayonda sakitçilikdi və insanlar gündəlik qayğıları ilə məşğuldurlar”-deyə o sonda əlavə edib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?