Milli Fikir Mərkəzinin ikinci həftəlik seminarı keçirlib - VİDEO

Milli Fikir Mərkəzinin ikinci həftəlik seminarı keçirlib - VİDEO

Bu gün yeni təsis edilmiş Milli Fikir Mərkəzinin (MFM) ikinci həftəlik seminarı keçirlib.

Tədbiri açan Mərkəzin təsis komisiyasının sədri Əşrəf Elatlı bildirib ki, gənclərin sosial-ictimai həyata inteqrasiyası, milli ideya baxımından məlumatlandırılması, problemlərini gündəmə gətirərkən onun həlli yollarına hamılıqla dəstək verilməlidir. Mərkəzdən “OLAYLAR”a verilən məlumata görə, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun məzunu, ehtiyatda olan zabit Şəhriyar Məcidzadə “Nəsillər arası savaş- hədəf milli gənclik” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan tarixində nəsillər arası savaşın tarixi 1813 və 1828-ci ildə imzalanan Gülüstan,Türkmənçay müqavilələrindən başlayır. Belə ki, həmin tarixdə Azərbaycanın həmin ki, nəslinin adına yazılan məğlubiyyətlə, hər nəsil digərinə daha çox itirilən torpaq ənənəsi buraxıb. “Televiziyalarda aparılan məqsədyönlü təbliğatların sonucunda, rəsmi statiska göstərir ki, 17 min nikahdan kənar uşaq doğulub. 10 il sonra bunun sayı 170 minə çatsa, o zaman həmin insanların taleləri kimliyi müəyyən olunmamış adamların taleyi olacaq. Bu gün xüsusi amansızlıqla törədilən cinayət hadisələrinin sayı 18 min civarındadır bu o deməkdir ki, ölkə insanı üçün təhlükə var. Bu zorakılıq halını bizə aşılayırlar. Əsas hədəfdə gənclikdi. Çünki, gənclik millətin gələcəyidir. Hər yerdə bizi etinasızlığa, ictimai həyatdan uzaq durmağa, məmləkətin problemlərinə laqeyd olmağa çağırırlar. “Sənlə heç nə olası deyil” fikri bu ölkənin gələcəyinə düşmənçilikdir. Bizdən öncəki nəsil bizə nə deyirsə desin, biz azad olmalıyıq, millətimizin və dövlətimizin talehinə biganə qalmamalıyıq. Gənclik, bu ölkənin problemlərinin tək həllidir”. – deyə Ş,Məcidzadə qeyd edib.
Tədbir gənclərin sualları ilə maraqlı diskusiya şəraitində davam edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az