“Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili ”

“Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili ”

Demokratiya və İnsan hüquqları Komitəsi , Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili ”adlı layihə həyata keçirilir. Layihə 6 ay müddətində həyata keçiriləcək. Layihənin məqsədi gələcəkdə mədəni, sivil gənc nəsiin formalaşdırılmasına nail olmaq, qloballaşma və mədəni inteqrasiya şəraitində milli-mənəvi, əxlaqi dəyərlərin daha da inkişaf etdirilməsində cəmiyyətin rolunun artırılması və ictimai davranış qaydalarına uyğun tərbiyə edilməsinə təşəbbüsdür.

Layihə çərçivəsində Bakıda, Balakən, Masallı və Şamaxı rayonlarında dəyirmi masalar keçiriləcək. Tədbirlərdə gənclər, orta və yaşlı təbəqənin, həmçinin QHT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur. (layihədən birbaşa 280 nəfər dolayısı 1500-2000 nəfər faydalanacaq.)

Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşağıdakı mövzular müzakirə ediləcək.

* Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz

* Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli-

mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurma, boşanma və tanışlıq-dostluq və s. prosesində rolu )

* Vətənpərvərlik haqda yeni düşüncələr.

* Qloballaşma və mədəni inteqrasiya şəraitində dini cərəyanlar. Cihad: cihad haqqında

müxtəlif düşüncələr.

* Qloballaşma və mədəni inteqrasiya şəraitində KİV –lərin rolu.

* Etik və ictimai davranış qaydaları. (Vətəndaş cəmiyyətində etiket qaydalar; "Siz" nə zaman yaranıb? Salamlaşmaq; Üzr istəmək və Üzr Mesajları; Ictimai nəqliyyatda nəzakət qaydaları; Masa bəzəmək estetikası. Kişilər üçün etik qaydalar; Mədəniyyət!.. Sevgi mədəniyyəti. Küçə mədəniyyəti.Geyim mədəniyyəti və s Süfrə mədəniyyəti;)

* Etik və davranış qaydalarına aid mövzular geniş işıqlandırılacaq.

Layihə icrasından gözlənilən nəticələr:

1. Əhali, xüsusən gənclər milli-mənəvi, əxlaqi dəyərlər, eləcə də tarixi köklərimiz haqda daha geniş bilgi əldə edəcək,İslamdan sui-istifadə edən təriqətlər, radikal qruplar və onların fəaliyyətləri haqda geniş məlumatlı olacaqlar, Cihad və onun hansı hallarda zərurət olduğunu anlayacaqlar.

2. Sosial şəbəkələr haqda və onların vasitəsilə daha geniş bilgi əldə edəcəklər.

3. İştirakçılar ictimai davranış, etik qaydaların normaları haqda daha geniş bilgilər əlda edəcəklər

4. İştirakçılar birlikdə fikir mübadiləsi aparacaq və onların təklifləri dinləniləcəkdir.

5. Problem KİV-lərin işıqlandırması nəticəsində ictimailəşəcək və daha çox əhali problem haqqında  məlumatlanacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az