Azərbaycan Milli Futbol Komandasında müqaviləsi başa çatmaq üzrə olan Berti Foqs ilə yollar ayrılır.
Milli komanda da boşalan məşqçilər korpusu üçün Yılmaz Vural gündəmdə. Yılmaz Vural 22 oktyabrda Azərbaycan milli komandasının sükanı arxasına keçmək üçün Azərbaycan prezidenti İlham Aliyev ilə görüşməyə gələcək. Türkiyədə bu günə kimi 23 komandanı çalışdıran təcrübəli məşqçinin Azərbaycandan gələn təklifə isti yanaşdığı və ona edilən təklifi qəbul etməsi gözlənilir. Alman məşqçi Berti Foqsdan boşalan Azərbaycan mili komandası baş məşqçi postu üçün Vuralın İlham Əliyev ilə razılaşması və bazarertəsindən etibarən vəzifəsinin icrasına başlaması gözlənilir.
VURALDAN İLK AÇIQLAMA
Vətəninfo.az xəbər verir ki, "Hürriyet.com.tr"-yə açıqlama verən Ylmaz Vural da Azərbaycana dəvət edildiyini təsdiqləyib. Ancaq hər hansı bir təklifdən xəbərdar olmadığını bildirib.
Heydər Əliyevin ölümünün 20-ci ildönümü və oktyabırda Azərbaycanda keçiriləcək prezident seçkiləri çərçivəsində keçiirləcək tədbirlərədə iştirak etmək üçün Azərbaycana gələcəyini bildirən Vural, eyni zamanda Azərbaycan parlamentinin üzvü Adil Əliyevin dəvətilə də bir açılışda iştirak edəcəyini vurğulayıb. Azərbaycanlı millət vəkilinin təşəbbüsü ilə Azərbaycan Futbol Federasiyasının prezidenti ilə də görüşeceyini deyən Vural, "Nə məqsədlə çağrıldığımı bilmirəm. Belə bir təklif üçünhazırlıq olub olmadığından xəbərdar deyiləm"-deyib.
LÜKSENBURQUN BELƏ GERİSİNDƏLƏR
AzƏrbaycan, 2014 Dünya Kuboku oyunlarında "F qrupu"nda oynadığı səkkiz oyunda topladığı beş xalla sonuncu sırada. Azərbaycanın grupda iki oyunu da bərabərə qaldığı Lüksenburqun belə gerisində olması, Azərbaycan yığmasında böyük təpkiyə yol açıbı.
Vətəninfo.az