Mitinqin keçirildiyi yer İmişlidi, amma... - MÜSAHİBƏ

Mitinqin keçirildiyi yer İmişlidi, amma... - MÜSAHİBƏ

Əsabil Qasımov: "Köhnə icra başçısının 10 ildə etmədiyini Vilyam Hacıyev 6-7 aya edib"

Millət vəkili Əsabil Qasımovun Veteninfo.az-a müsahibəsi:

- Doğrudanmı İmişlidə baş verən hadisələri, əhalini icra başçısına qarşı siz qaldırmısınız?

- A kişi, danışığını bilginən (gülür).

- Vallah bunu biz demirik, xəbər saytlarında belə bir məlumat gedib.

- Dünən belə bir məlumatı bir sayt yazmışdı, o da çıxardı.

- Sizin icra başçısı Vilyam Hacıyevlə münasibətiniz necədi?

- Mənim Vilyam Hacıyevlə münasibətim əladı, qardaş kimiyik.

-Amma deyirlər ki, insanların ayağa qalxmasına səbəb Vilyam Hacıyevin İmişlidə Heydər Əliyev prospektində ağacları kəsdirərək o əraziləri Gəncədən gələn iş adamlarına peşkəş çəkməsidi və belə olan halda da başçının hərəkətlərinə siz etiraz edərək belə bir addım atmısınız.

- Mənim etirazıma səbəb olub? Belə bir şey yoxdu. Gəncədən kim gəlib, kim gedib o haqda məlumatım yoxdu. Əksinə, münasibətimiz əladı başçı ilə. Rayonda bir böyük məktəb var və bu il birlikdə həmin məktəbi təmir edəcəyik.

- Vilyam Hacıyev iddia edir ki, ötən keçirilən aksiya ilə bağlı yayılan fotolar İmişli ilə bağlı deyil, bu başqa yerdən götürülüb. Ola bilərmi ki, başçı ilə bağlı rəqibləri mətbuata belə bir şəkilləri göndərib onu gözdən salmağa çalışsınlar?

- Vallah, məlumatım yoxdu Vilyam Hacıyev kimə nə deyib. Mən o şəkilə baxdım. Bina İmişlidəki binadı, amma camaata baxdım insanları tanıya bilmədim.

-Bu günə kimi İmişli rayonunda icra başçısı ilə bağlı müxtəlif məlumatlar yer alıb. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vilyam Hacıyevin sifarişi əsasında ağacların kəsilməsinə baxmayaraq, rayon bələdiyyəsini 40 min manat cərimələdi. Siz rayonun millət vəkilisiniz, niyə İmişlidə bu təbiətə qarşı soyqırımla mübarizə aparmırsınız?

-Mən sizə deyim ki, Vilyam müəllim rayona gələndən sonra həddindən artıq ciddi işlər görüb. Şahmat məktəbi tikib, küçələri abadlaşdırıb, binaların üstünü dəyişib, çoxlu sayda ağaclar əkdirib. Köhnə başçının 10 ildə eləmədiyini bu yazıq 6-7 ayda edib.

- Hansı işləri edib? Əhalidən dövlət hesabına qoyulması gərəkən dəmir darvazaların pulunu alıb deyəmi, yoxsa rayonda aparılan abadlıq işlərinə cəlb olunan iş adamlarının vəsaitini qaytarmayıb deyəmi?

- Hamısını bir gündə eləmək mümkün deyil axı. Nə qədər problemlər var hamısı düzələcək.

Kənan 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az