MN açıqladı: Ordumuz döyüş hazırlığı ilə məşğul olur

MN açıqladı: Ordumuz döyüş hazırlığı ilə məşğul olur

Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur.

Miq.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur:

"Qoşunlar yüksək texnoloji silahları mənimsəyir. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az