Mobil telefonu şalvarın cibinə qoymayın, yoxsa... – KİŞİLƏR, DİQQƏT

Mobil telefonu şalvarın cibinə qoymayın, yoxsa... – KİŞİLƏR, DİQQƏT

Mütəxəssislər mobil telefon istifadəsinin spermaları "bişirdiyi" və sperma səviyyəsini aşağı salması ilə bağlı xəbərdarlıq edir.

Son araşdırma zamanı mobil telefonu testislərin (xayaların) yaxınlığında tutmağın sperma səviyyəsini ciddi şəkildə aşağı saldığı və nəsil artırmaya mənfi təsir etdiyi müəyyənləşib. 100-dən çox kişinin yoxlandığı araşdırmanın sonunda mobil telefonunu gün boyunca ciblərində daşıyan kişilərin yüzdə 47-nin sperma səviyyələrini azaltdığı təsbit edilib.

Miq.az lent.az-a istinadən bildirir ki, kişilərin bir çoxu telefonu yataqlarının bir neçə sm uzaqlığında saxlayır.

Telefonu yatağın yanındakı kiçik şkafın üzərində saxlamaq belə, sperma hüceyrəsi sayını aşağı salır.

Şərq ölkələrindəki kişilərin sperma sayı getdikcə düşür və bunların yüzdə 40 faizində ciddi şəkildə sonsuzluq problemi görülüb. Buna görə mütəxəssislər "kişilər öz sağlamlıqlarını düşünməli və mobil telefon asılılığından xilas olmağa çalışmalıdırlar", - deyirlər.

İşə gedərkən kostyum geyinirsinizsə, mobil telefonu testislərin yaxın ciblərinə deyil, sinə cibinə qoyun. Bu, sperma sayının düşmə riskini azaldacaq.

Mobil telefonu yatağınızın yanındakı şkafın üzərinə qoymayın. Hətta bəzi kişilər mobil telefonu yataqda ikən pijamalarının cibinə qoyurlar. Yanlışdır!

Unutmayın ki, bu araşdırma kişilərə uşaq sahibi ola bilmə şanslarını artıra bilmələri üçün vərdişlərini dəyişdirməklə bağlı bir xəbərdarlıqdır.

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az