Vətəninfo.az-ın Modern.az-a istinadla xəbərinə görə, QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı bildirib ki, din xadimlərinə vahid geyim formasının
tətbiqi barədə ciddi göstəriş olmayıb. Onun sözlərinə görə, qurum
tərəfindən bu barədə təklif olub və bu geyim ancaq təkmilləşdirmə
kurslarını bitirən müdavimlərə verilir.
"Hər ay 15-dən 30-a
kimi müdavimimiz olur və onlara bu cür geyim formaları dərslər bitdikdən
sonra verilir. Elə bir tələb yoxdur ki, hamı vahid forma geyməlidir.
Kimlərdə varsa, onlar geyinir. Yas mərasimlərində forma geyinmək
vacibdir ki?.. Məscidlərdə də hansı axund və imamın varsa, onlar
geyinir”.
Vahid geyimlə bağlı işlərin davam etdirildiyini deyən Q.Cavadlı vurğulayıb ki, bu formanın tətbiqi tədricən həyata keçirilir.
"Bizim üçün bu formanı fabrik və zavod tikmir. Biz idarənin qüvvəsi ilə xüsusi atelyedə müdavimlərin ölçülərinə uyğun sifarişlər veriririk. Bu, nə bir günün içərəsində həll olunan məsələdir, nə də hərbi formadır. Çalışağayıq ki, müdavimlərimizi təmin edək. İndi yaydır və tətildir. Orucluq müddətində dərslər olmayıb, yeni dərslər sentyabrdan başlanacaq. Bu müddətdən sonra onlara həm diplomlar, həm də forma verilir. Bu proses yavaş-yavaş, tədricən həyata keçiriləcək”,-deyə qurumun sədr müavini vurğulayıb.