"Moody`s" "Bank Technique"ə verdiyi reytinqi geri çağırıb

Agentlik bunu "öz biznes əlaqələri" ilə bağlayıb

Bu gündən etibarən "Moody`s" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-yə verdiyi reytinqi geri çağırıb.

Vətəninfo.az -ın APA-ya istinadən məlumatına görə, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi  "Caa2" səviyyəsindədir.

 

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

 

Agentlik bankın kreditləşmə qabiliyyətini "Caa3" səviyyəsində qiymətləndirir.

 

Reytinqin geri çəkilməsinə gəlincə, agentlik bunu "öz biznes əlaqələri" ilə bağlayıb.

 

"Moody`s" qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 568,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az