Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV

Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV
Moskva Bakıya diaspor rəhbərlərinin qovulmasından daha çox zərər verəcək cavab hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli Rusiyanın "Topnyus.ru” saytından sitat gətirib.

"Sayt yazır ki, Azərbaycanın Ukraynaya qaz verməsi Rusiyaya qarşı hörmətsizlikdir. Azərbaycanın əsas hədəfi odur ki, Qazaxıstan neftini və Türkmənistan qazını Rusiyadan yan keçməklə Avropaya ötürsün. Bu isə Moskvanın maraqlarına ziddir.

İlham Əliyev Qərbə deyir ki, Qafqazda söz sahibi Türkiyə və Azərbaycandır. Rusiya burada yoxdur. Ona görə də Rusiyanın cavabı sərt və əhatəli olmalıdır.

Bəs Rusiya "cavab sərt və əhatəli olmalıddır” deyəndə nəyi nəzərdə tutur? Orası bəlli deyil. Bəlli olan odur ki, Rusiyadan istənilən yaramazlığı gözləmək olar”, - E.Həsənli xatırladıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az