Moskvada Heydər Əliyevin doğum gününə H.Əliyev mükafatı

Moskvada Heydər Əliyevin doğum gününə H.Əliyev mükafatı

“Vətəninfo.az”ın verdiyi xəbərə görə, Bakı H.Əliyevin dogum gününü gül bayramı ilə ənənələşdimişdi, Moskva isə bu tarixi H.Əliyev illik mükafatı ilə əbədiləşdirməyi qərara aldı.

Moskvanin “Ukrayna” mehmanxanasının konfrans zalında Ümumrusiya Azərbaycanlıları konqresi tərəfindən təsis olunmuş H.Əliyev mükafatının ilk  təqdimetmə mərasimi keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən ÜAK-ın icraşı direktoru Mikayıl Hüseynov Mükafatın təsisçisi olmaq haqqına  ÜAK-ın sahib olmasına əsas verən bu konqresin Heydər Əliyevin təşəbbüsü ilə yaradılmasıdır-dedi. 

ÜAK-inin bu təşəbbüsünün alqışalanan olduşünü da xüsusi vurğülayaraq -“H.Əliyevi bugünkü Azərbaycanın memarı adlandırdı. Azərbaycanın istisadi, siyasi, sosila, mədəni və digər  heyatın bütün sferasında gedən uğurlu işlər onun qoyduğu kursun davamıdır”. Bunu cıxışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloglu  söylədi. O, bu mükafata layiq görüləcək insanları   kosmonavt Yuri Qaqarinlə müqayisə edib, onları H.Əliyev mükafanın kosmonavtları adlandırdı.

Elə bu ilklərdən biri-birincisi olan İTAR-TASS-ın baş direktoru Vitaliy İqnatenkoya H.Əliyev mükafatını konqress resmisi M.Hüseynov, M.V.Lomonosov adına Moskva dövlət universitetinin rektoru, Rusiya rektorlar ittifaqının prezidenti, Məktəbli olimpiadasının Rusiya şurasının sədri, professor Viktor Sadovniçiyə isə mukafati səfir Polad Bülbüloğlu təqdim etdi. Digər mükafatşılar isə Rusiyanın Dövlət Humanitar Universitetinin rektoru, MDU-nin MDB ölkələri üzrə tarix fakültəsinin müdiri, tarixi elmlər doktoru, professor Yefim Pivovar, sovet və Rusiya balet artisti və xoreoqrof, “Kreml balet” teatrın banisi və bədii rəhbəri, Rusiya Sovet Federativ Sosialist Respublikasının xalq artisti Andrey Petrov, Rusiya filoloqu, mədəniyyət xadimi, YUNESKO eksperti M.İ.Rudomino adına xarici ədəbiyyat üzrə Dövlət Ümumrusiya kitabxanasının baş direktoru Ekaterina Qeniyeva idilər. H.Əliyev mükafatına layiq gorulənlər hər biri bu təşəbbüs və təltifdən məmnun olduqlarını, Azərbaycan və Rusiyani bir ailə  kimi gördüklərini söylədilər. 

Rusiya Azərbaycan dostluğuna və  qarşılıqlı əmıkdaşlığına xidmət edən Ümumrusiya Azərbaycanlıları Konqresi bu yöndə başladığı işi gəlcəkdə də dava etdirəcəyini bildirdi.

ÜAK-ın son qurultayında kadr dəyişəklıyindən sonra belə bir təşəbbüslə Azərbaycanın maraqlarından çxış edərək elə bu maraqlara xidmət edən  Rusiya elitasının xidmətlərini diqqətdən kənarda saxlamadığına,  Azərbaycan-Rusiya əlaqələrinin inkişafına tohvə verənlərə  minnətdarlığını göstərməyə əslində H.Əliyev Mükafati gözəl bir vəsilə oldu.

Tünzalə Vəliqızı, Moskva 

“Yeni səs” qəzeti




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az