Moskvanın Yerevana verdiyi silahlar - Qarabağda yerləşdirilir
Rusiya Minsk qrupunun həmsədri kimi Qarabağ konfliktinin həllində əsas tərəfdi, həm də başlıca maneədir.
"Rəsmi Kreml danışıqlar prosesində fəal iştirak edir, həll formularını masaya qoyur, amma bu danışıqların əksinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Belə ki, Rusiyanın Cənub Hərb dairəsinin Ermənistanda dislokasiya olunmuş "102-ci" hərbi bazası Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir.
Rusiya, Qarabağda təşkil olunan snayper kurslarında Gümrüdəki "102-ci" bazasının hərbi təlimatçılar vasitəsilə erməni qızlarına atıçılıq öyrədilir. "
Bu sözləri Miq.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
"Qeyd edim ki, ötən ay təsdiq olunmuş "rus-erməni" birgə qoşun növünün təlimləridə Qarabağda keçirilir. Birgə qoşun qruplaşmasına Ermənistanın "5-ci" korpusu və Rusiyanın bu ölkədə "102-ci" hərbi bazası daxildir.
Göründüyü kimi Rusiya dolayı yolla Qarabağda öz hərbi iştirakını gücləndirir, Ermənistanı silahlandırır. Rusiyanın moderatorluğu ilə aparılan Qarabağ danışqları imitasiya daşıyır. Moskvanın Yerevana verdiyi silahlar, məhz Qarabağda yerləşdirilir."-deyə politoloq bildirdi.
Miq.Az