Vətəninfo.az xəbər verir ki, Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımov şəxsi avtomobilində partladılaraq öldürülüb. Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, hadisə avqustun 4-də axşam baş verib. R. Uğurluyevin sözlərinə görə, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndindən olan, 1966-cı il təvəllüdlü Rövşən Qasımov şəxsi avtomobili ilə Krasnıy Luç şəhərinin girəcəyində separatçılar tərəfindən atəşə tutulub: “Avtomobil qumbaraatanla vurulub. Rövşən Qasımov həlak olub, cəsədi yanaraq tanımaz hala düşüb”.
R. Qasımovun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yaxın qohumu olduğunu bildirən R. Uğurluyev qeyd edib ki, hazırda onun meyiti Krasnıy Luçda yaxınlarındadır: “Harada dəfn olunması ilə bağlı özləri qərar verəcəklər”.
R. Uğurluyevin sözlərinə görə, R. Qasımovun Luqanskda iri fermer təsərrüfatı olub. Separatçılar bir ay əvvəl onu, sonra isə ailəsini girov götürüblər. Aparılan danışıqlar nəticəsində iş adamı və ailəsi girovluqdan azad olunub. Tovuz rayonu Xatınlı kəndinin icra nümayəndəsi Nurəddin Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, həlak olmuş R. Qasımov MSK sədri Məzahir Pənahovun yaxın qohumudur: “Rövşənin anası ilə Məzahir müəllimin atası əmi uşağıdır”.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT