Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı. Olay yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq yanğına səbəb kimi binaya vurulan keyfiyyətsiz üzlüklərin olmasını göstərib.
Bir çoxları baş verən hadisədə Bakı şəhər İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini, Binəqədi rayonu İcra Hakimiyyətini günahlandırsa da, olayı iyunun 12-28-də tarixlərində Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına qarşı təxribat kimi dəyərləndirənlər də var.
Modern.az saytı məsələylə bağlı Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mövqe öyrənməyə çalışıb.
Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Modern.az saytına açıqlamasında bildirib ki, hadisənin təxribat olub-olmadığı barədə ictimaiyyətə məlumat veriləcək: “Yanğın hadisəsinin təxribat olub-olmaması barədə yanğınla əlaqədar yaranan dövlət komissiyasının sədri açıqlama verəcək”.
Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur.
Daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə komissiyanın üzvləridir.
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”