MTN-nin “yediyi” pulla Azərbaycanı dolandırmaq olarmış – Şok məbləğ

MTN-nin “yediyi” pulla Azərbaycanı dolandırmaq olarmış – Şok məbləğ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin miqdarı açıqlanıb.
Miq.Az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, keçmiş nazirliyin Maliyyə İdarəsindən daxil olmuş məlumatlara görə, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş "9-cu maddə” üzrə Antiterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.

Qeyd olunur ki, Əks-Kəşfıyyat Əməliyyatları İşi üzrə cəmi 5.148.735 manat və 1.358.500 dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.

Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az