"Müasir Avrasiya yazıçıları" antologiyası işıq üzü gördü

Moskvada "LiFFt" nəşriyyatında Avrasiya Millətlər Assambleyasının sifarişi ilə "Müasir Avrasiya yazıçıları-2018" antologiyasının pilot nəşri işıq üzü görüb. 

Ümumilikdə, 10 materik ölkəsində 50000 nüsxə çıxacaq antologiya ən böyük kitabxanalara, ədəbiyyat auditoriyalarına təqdim olunacaq, 70-ə yaxın ölkənin oxucularının istifadəsinə veriləcək.
Qərbi  Avropadan Kurt Svabek (Avstriya), Martin Dinkov (Fransa), Olqa Pussinen ( Finlandiya), Rado Monk (Almaniya), Nina Qeyde (Danimarka), Şərqi Avropadan Sergey Biryukov (Rusiya), İrina Sileçka (Çexiya), Rumen Şomov (Bolqarıstan), Aroon Qal (Macarıstan), Aleksandr Ratkeviç (Belorus), Slobadan Vukanoviç (Monteneqro), Asiyadan Akifumi Takeda (Yaponiya), Oljas Süleymenov (Qazaxıstan), Serhat Kabaklı (Türkiyə), Sun Yue (Çin), Sandıp Kumar (Hindistan) kimi tanınmış yazarlarla bir sırada antologiyada Azərbaycan müəllifləri də yer alıb. Şair Rəşad Məcid "Kimsən, ey doğulan", habelə "Dəmiryolu kənarında bir kənd" şeirləri ilə, yazıçılar Varis və Əjdər Ol müvafiq olaraq "Unudulmuşlar" və "Qəbulda" hekayələri ilə nəşrdə təmsil olunublar.
Antologiyada hər bir müəllifin əsəri onun ana dilində, habelə ingilis və rus dillərində oxucuların ixtiyarına verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az