Quba cənnətə dönür
Avqustun 2-də “Mübariz Ağayev Qubanı cənnətə çevirmək istəyir” başlıqlı məqalənin “Vətəninfo.az”da dərcindən sonra, Quba rayonundan redaksiyamıza edilən təşəkkür zəngləri və səslənən fikirlər eyni idi. Zəng edən qubalılar bildirirdilər ki, görülən işlər və həyata keçirilən abadlıq və quruculuq işləri ilə daha da yaxından tanış olaq. Quba rayon İcra Hakimiyyətindən də elə görülən işlərlə yerində tanış olmağımız istənildi. Biz də görülən işlərin ümumi mənzərəsini oxuculara çatdırmaq üçün Qubaya yollandıq.
Quba yeni giriş qapısı ilə
Qubaya üz tutan insanlarda ölkənin turizm cənnəti haqqında ilk fikirləri Mübariz Ağayev Qubanın girişində inşa etdirilən giriş qapısı ilə yaratmaq istəyir. İki hissədən ibarət olan Quba qapıları giriş və çıxış üçün nəzərdə tutulur. Artıq demək olar ki, giriş qapılarının inşası başa çatmaq üzrədi.
Qubada sağlamlıq ilk sırada
Ölkə prezidenti İlham Əliyevin əhalinin sağlamlığının daha da güclü təmin olunması, regionlarda əhaliyə dünya standartlarına uyğun səhiyyə xidmətlərinin göstərilməsi yönündə imzaladığı proqramlara əsasən Qubada da Sağlamlıq Diaqonstika Mərkəzi tikilərək istifadəyə veriləb ki, burda insanlara göstərilən diqqət və qayğıya söz ola bilməz.
Gənclərə qayğı, “sağlam bədəndə sağlam ruh” prinsipinə dayanır
Qubada gənclər siyasəti də bu gün ölkə prezidentinin gənclər siyasəti istiqamətində imzaladığı proqramlara uyğun həyata keçirilməkdədir. Quba Olimpiya Mərkəzi Quba gənclərinin daha çox toplaşdığı məkanlardan biridi. Gənclər kompleksdə idmanın müxtəlif növləri ilə məşğul olurlar ki, bu da onların sağlamlığı və güclü ruha sahib olması üçün çox vacibdir.
Heydər Əliyev Mərkəzi Qubanın yeni üzü
Qubaya yaraşıq gətirən tikililər sırasına yenisi də əlavə olunub. Bu - müasir Azərbaycanımızın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzidir. Mərkəz milli, tarixi Azərbaycan memarlığına dayanaraq inşa olunub və mərkəzin ümumi görünüşü möhtəşəm memarlıq abidəsi olaraq Qubaya şəhərinə yeni nəfəs verir.
Mübariz Ağayevin Qubalılara surpirizi
Qubada yeni inşa olunan tikililər arasında yerli İcra Hakimiyyətinin inzibati binası, Gənclər Mərkəzi və Yaşıl Teatr da var. Tikinti sahəsində olanda söhbətləşdiyimiz insanlar bildirdilər ki, İcra Hakimiyyətinin yeni inzibati binası, Gənclər Mərkəzi və Yaşıl Teatr Mübariz Ağayevin Qubaya və qubalılara yeni sürprizlərindən biridi. Bu möhtəşəm tikililərə yaraşıq verəcək böyük musiqili fəvvarələr isə Quba əhalisinin bu məkanda istirahətinin təminatı olacaq.
Böyük bir Bayraq Meydanı
Qubada yeni simvollardan biri də 16 metr postamenti, ümumi hündürlüyü 70 metrdən yüksək olacaq Bayraq Meydanıdır. Artıq Bayraq Meydanında inşaat işləri surətlə davam etməkdədir. Bir müddət sonra bu meydanda Azərbaycanımızın üç rəngli ay ulduzlu bayrağı dalğalanacaq.
Qubada küçə və prospektlərdə yeniliklər bir-birini əvəzləyir
Qubada Heydər Əliyev prospektindən başlayaraq bütün küçə və meydanlarda işlər elə surətlə aparılır ki, Quba əhalisi özü belə görülən işlərin sonunu səbirsizliklə gözləyir. Amma artıq müəyyən işlərin başa catdığı yerlər də var, burda müasir işıq dirəkləri üzərində alışıb yanan işıqlar küçələrin işıqlandırılmasında mühüm rol oynayır.
“Mənim bir məqsədim var - Quba cənnətə dönsün”
Qubada həyata keçirilən bu tarixi yenilənmənin səbəbkarı, ölkə prezidentinin Qubadakı nümayəndəsi, rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin fikirlərini həm Quba haqqında məlumatlı olmaq istəyən insanlara, həv də qubalılara çatdırmaq istədik. Bizi səmimi və gülərüzlə qarşılayan Mübariz Ağayev bir ziyalı kimi bizimlə səmimi söhbət etdi. Mübariz müəllim hərdən bəzi mətbuat orqanlarında yazılan məlumatlardan dolayı mediaya qarşı küsgünlüyünü də ifadə etdi.
“Mən ölkə prezidentimiz tərəfindən Qubaya göndəriləndə Cənab prezidentin istədiyi bir şey vardı, Quba elə bir gözəl Azərbaycan yurdudur ki, bu yurd hər kəsin heyran olacağı bir məkana çevlilməlidir. Cənab prezident Qubanı və qubalıları çox sevir. Eynilə Quba əhalisi də ölkə prezidentini dəstəkləyir və onu sevir. Mən də cənab prezidentin istədiyi Qubanın olması üçün bu gün qubalılarla birlikdə Qubanı yenidən yaradıram. Bu işləri görəndə də qəlbimizin səsi və vicdanımız qarşısında and içdik ki, Quba elə bir möhtəşəm məkan olacaq ki, bu məkan hər kəsi özünə çəkəcək. Mənim bir məqsədim var - Quba cənnətə dönsün. “Vətəninfo.az” internet portalının Quba və qubalılar haqqında yazmaq, görülən işləri bütün Azərbaycana çatdırmaq istəyinizi yüksək dəyərləndirirəm və əminəm ki, Quba haqqında yanlış fikirdə olanlar görülən işlər barədə sizin portalınızdan öyrənəcəklər”.
Mübariz müəllim bildirdi ki, o hansısa işlər haqqında danışmaqdansa, bizim öz gözlərimizlə görülən işlərin şahidi olmağımızı daha uyğun hesab edir. Mübariz müəllimin dediyi kimi etdik. Amma biz yenə də Qubada görülən işlərin ümumi statistik rəqəmlərini əldə etmək istəyimizdən dönmədik. Sağ olsun Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov. Mübariz müəllimin göstərişi ilə Y.Abidov regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər haqqında bizə geniş məlumat verdi.
“Meyvəçilik, heyvandarlıq məhsullarının istehsalının inkişafı ilə əlaqədar 6 ay ərzində meyvəçiliyin inkişafı ilə baglı rayon ərazisində 20 ha sahədə yeni meyvə bağı salınıb. Rayonun 5 təsərrüfatına lizinq yolu ilə güzəştli 29 baş damazlıq düyələr gətirilib. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Quba şəhərində 36 mənzillik yaşayış binası tikilib istifadəyə verilib. Rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması ilə əlaqədar Qaraçay və Şabrançay yataqlarının qiymətləndirilməsi işləri aparılıb. Rayonda kəndlərarası yolların əsaslı təmiri ilə əlaqədar Quba-İspik-Xınalıq avtomobil yolunda təmir işləri davam etdirilir. Elektrik enerjisi sisteminin yaxşılaşdırılması ilə əlaqədar 6 ay ərzində 6-10 kv-luq elektrik verilişi xətləri üzrə 86 ədəd, 0,4 kv-luq elektrik verilişi xətləri üzrə 30 ədəd istismara yararsız dayaqlar yenisi ilə əvəz edilib. Rayonun İspik, Susay, Küsnət və Qəçrəş kəndlərində 4 ədəd istismar müddəti keçmiş, gücü 100 kva və Amsar kəndində 400 kva olan transformatorlar yenisi ilə əvəz olunub. 120 ədəd yeni elektrik sayğacı quraşdırılıb. Quba şəhəri üzrə 582 metr yeni SİP kabel xətti çəkilib.
Heydər Əliyev prospektində müasir tipli işıqlandırma dayaqlarının quraşdırılması təmin edilib, 5 km uzunluğunda yeraltı kabel çəkilib. Hava elektrik verilişi xətlərinin yenidən qurulması ilə əlaqədar rayon üzrə 92 ədəd yarımstansiyada, 220 km 6-10 kv-luq elektrik verilişi xəttində, 28 km 0,4 kv-luq elektrik hava xəttində əsaslı və cari təmir işləri aparılıb. 35-10 kv-lıq Qonaqkənd yarımstansiyasında müasir tipli 10 kv-lıq vakuum açarı quraşdırılıb, 35 kv-lıq Söhüb və Qonaqkənd hava xəttində 35 kv-luq yağ açarı əsaslı təmir edilib. Quba şəhərinin səhiyyə müəssisələri üçün yeni qazanxananın tikintisi, məhəllədaxili və binadaxili istilik sisteminin bərpası ilə əlaqədar rayon mərkəzi xəstəxanasının cərrahiyyə, reanimasiya, təcili yardım, yoluxucu xəstəliklər, ginekologiya şöbəsində cari təmir işləri aparılıb və kombi istilik sistemləri, alternativ enerji mənbəyi kimi 150 kv-luq generator quraşdırılıb.
Quba şəhərinin və rayonun yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, rayonunun yeni yaşayış massivlərinin və kənd yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar şəhərdə gedən abadlıq, quruculuq işləri ilə əlaqədar Heydər Əliyev prospektində, Mövlud Qonaq, Əliqulu Nərimanov, 20 Yanvar, Memar Əcəmi və Səkinəxanım küçələrində yerüstü qaz xətləri yeraltı qaz xətləri ilə əvəzlənib. Mənzillərdə 1332 ədəd istismara yararsız qaz sayğacı yenisi ilə əvəz olunub. Yeni layihələşdirilmiş mənzillərə 28 ədəd qaz sayğacı quraşdırılıb. Rayonda yeni 1 pilləli sistem əsasında yeraltı polietilen boru vasitəsilə qaz xətti çəkilir. Kənd yaşayış məntəqələrindən Çartəpə, Aşağı Xuc, Aşağı Atuc, Susayqışlaq, Digah və Xucbala kəndlərinə 1 pilləli sistem əsasında qaz xətti çəkilib, qaz sayğacları quraşdırılıb və 1119 abonent mavi yanacaqla təmin edilib. Paralel olaraq Alpan, Kürkün, Uzunmeşə, Susay və Gəray kəndlərinə də yeni sistem əsasında qaz xəttinin çəkilişi davam etdirilir. Rayonun kəndlərində telefon rabitəsinin yaxşılaşdırılması ilə əlaqədar rayonun Vəl-vələ, Alekseyevka, Qəcərzeyid, Zərdabi, Alpan, I Nügədi, II Nügədi, Digah, Ərməki, Vladimirovka, Aşağı Atuc kənd EATS-lərində müxtəlif tutumlu yeni DESLAM avadanlıqları quraşdırılıb. Quraşdırılmış yeni avadanlıqlar vasitəsi ilə rayonun 30-dan artıq kəndində sürətli internet xidmətinin verilməsinə nail olunub.
6 ay ərzində 73 ədəd telefon çəkilişi aparılıb. EATS-lərdə FOM avadanlıqları yeniləri ilə əvəz olunub. Küpçal-Qımıl EATS-ləri arası birləşdirici KSPP tipli kabel 7000 m F/O tipli kabellə əvəz edilib. Alpan EATS-dən Kürkün kəndinə asma üsulla çəkilmiş TPP 50 x 2 kabeli əsaslı təmir edilib. Mərkəzi EATS-lə birləşmələrin müasir tələblərə uyğun təşkili üçün 5000 m Pirvahid, 950 m Barlı və 9000 m Aşağı Atuc- Hacıhüseynli EATS-lərinə F/O kabelləri buraxılıb. Quba şəhərində şəhər xətt təsərrüfatı üzrə yararsız rabitə dirəkləri yenisi ilə əvəz olunub. Heydər Əliyev prospekti ilə kəsişən küçələrdə kabellərin yerin altına keçirilməsi işləri başa çatdırılıb. Quba şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar “Texno-Atinak MMC” tərəfindən Qudyalçayı hövzəsindəki su mənbəyində inşa olunan 8 suqəbuledicidən 4-nün tikintisi başa çatıb. “Qəçrəş yolu” su anbarı ərazisində yeni tikilən 5000 kubmetr həcmində tutumu olan su anbarında betonlama işləri aparılır. “Dəvədabanı” su anbarı ərazisində 2000 kubmetr həcmində tutumu olan su anbarında qazıntı işləri başa çatıb, betonlama işlərinə başlanılıb. İşlər davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində içməli su və kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb. Şəhərin Əliqulu Nərimanov, 20 Yanvar, Əliqulu Orucov, 8 Mart, Arif Hüseynzadə, General Əsədov, Səməd Vurğun, Musabəyov, Hikmət Hüseynov, İstiqlal, Tutu Bikə, Səkinəxanım, Qələbə küçələrinə 355, 255, 160 və 110 mm olan plastik borularla su və kanalizasiya xətləri çəkilmiş, 426 abonentin evinə birləşmələr edilib. Bundan başqa 6 ay ərzində 405 yaşayış evinə su və kanalizasiya xətti çəkilib. Ümumilikdə 2012-ci ilin iyul ayının 1-dək şəhərdə “Texno-Atinak MMC” tərəfindən çəkilən magistral su xəttinin uzunluğu 55887 p/metr, kanalizasiya xəttinin uzunluğu isə 31933 p/metr təşkil edir. İşlər davam etdirilir. Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar rayonun I Nügədi, II Nügədi, Rustov, Alekseyevka İƏV-lərində əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə su xətlərində cari təmir işləri aparılıb. Rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar kənd təsərrüfatına yararlı torpaq sahələrinin su təminatının daha da yaxşılaşdırılması məqsədilə 38.6 km uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanallarında təmir-təmizləmə işləri görülmüşdü. Quba Suvarma sistemləri idarəsi rayon üzrə 26 min 33 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. Hazırda vegetasiya dövrünün başlanması ilə əlaqədar təsərrüfat kanallarının baş hissələrində mexanizmlər vasitəsi ilə su tənzimləmə tədbirləri görülür. Rayonun kəndlərinin çayların sel və daşqın sularından mühafizəsi üçün sahilbərkitmə işlərinin davam etdirilməsi ilə əlaqədar Quba rayonunun ərazisindən keçən çayların sahillərində yerləşən yaşayış məntəqələrinin və infrastruktur obyektlərin sel və daşqınlardan qorunması məqsədilə çayların ən təhlükə gözlənilən hissələrində 237.4 min kubmetr həcmində çay məcralarını təmizləmə işləri aparılıb.
Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi ilə əlaqədar Rayonlararası Psixonevroloji Mərkəzdə cari təmir işləri aparılır. Rayon mərkəzi xəstəxanasına 2 ədəd paketləşdirmə aparatı, 1 ədəd proyektor, 60 ədəd fuanendeskop və yataq dəstləri verilib. Bundan başqa 30 ədəd yeni çarpayı və yumşaq inventarla, yeni xəstə geyimləri ilə təmin olunub, 350 kv. metr sahədə tavan lambir ilə üzlənərək yeni elektrik lampaları ilə işıqlandırılıb, 36 ədəd təkərli çarpayı, 1 ədəd stomatoloji kreslo, 3 ədəd monitor, 1 ədəd cərrahi işıqlandırma cihazı, 100 ədəd sintefon yorğan , 100 ədəd sintefon yastıq, 200 ədəd yataq üçün komplekt, 400 ədəd həkim xalatı alınıb. Rayonun mədəniyyət obyektlərinin təmiri və tikintisi ilə əlaqədar A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyinin yeni binasının tikintisinə başlanılıb və hazırda tikinti işləri davam etdirilir. “Quba meydanı” istirahət parkının ərazisində 3560 kv. metrdən çox sahəyə “Tamet”, 670 kv. metrdən çox sahəyə “Mərmər”, 500 kv. metrdən çox sahəyə isə “Aqlay” plitələri düzülüb, 4414 kv. metrdən çox sahədə yaşıllıq zolaqları yaradılıb. Parkın ətrafındakı ticarət, xidmət və yaşayış binalarının fasad və dam örtükləri dəyişdirilərək müasir üslubda yenilənib. Ərazinin müasir səviyyədə işıqlandırılması təmin edilib. Quba meydanı istirahət parkında 7000 ədəd gül, 260 ədəd “Amerikan tuyası”, 450 həmişəyaşıl “ebomos” kollar, 800 ədəd həmişəyaşıl kiçik kol əkilib. Heydər Əliyev prospektində “Quba qala” kompleksi tikilib başa çatdırılıb və “Dədə Qorqud” abidə kompleksi yenidən qurulub. Rayon məktəblərinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikintisi ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən Talabı, Möhüc, İspik, II Nügədi, Qaraçay kəndlərində, Təhsil Nazirliyi tərəfindən isə Talabıqışlaq kəndində yeni məktəb binalarının tikintisi aparılır. Şəhər 2 saylı orta məktəbin binası əsaslı təmir olunub. 1 saylı uşaq bağçasının binasının tikintisinə başlanılıb”.
Y.Abidovdan əhalinin elektrik enerjisi, mavi qaz yanacağı və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində nə kimi tədbirlər görüldüyünü də öyrənmək istədik.
“Şəhərin Heydər Əliyev prospektində, Əliqulu Nərimanov küçəsində və ona paralel küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi artıq başa çatdırılıb, hazırda Maksim Qorki, 20 Yanvar, Yusif Qasımov, Arif Hüseynzadə, Əliheydər Orucov, Ərdəbil və digər küçələrdə, həmçinin “Qəçrəş yolu” yaşayış massivində və 32/33-cü məhəllədə bu sahədə işlər davam etdirilir. Qudyalçayı hövzəsində suqəbuledicilərin 2000 və 5000 kub metr həcmində tutumu olan su anbarlarında betonlama işləri aparılır. Şəhərin Heydər Əliyev prospektində, Mövlud Qonaq, Əliqulu Nərimanov, 20 Yanvar, Memar Əcəmi və Səkinə Xanım küçələrində yerüstü qaz xətləri yeraltı qaz xətləri ilə əvəzlənib. Mənzillərdə 1332 ədəd istismara yarasız qaz sayğacı yenisi ilə əvəz olunub, yeni mənzillərə 28 ədəd qaz sayğacı quraşdırılıb. Rayonda yeni bir pilləli sistem əsasında yeraltı polietilen boru vasitəsilə qaz xətti çəkilir. Kənd yaşayış məntəqələrindən Çartəpə, Aşağı Xuc, Aşağı Atuc, Susayqışlaq, Digah və Xucbala kəndlərinə bir pilləli sistem əsasında qaz xətti çəkilərək sayğaclar quraşdırılıb və 1119 abonent mavi yanacaqla təmin olunub. Paralel olaraq Alpan, Kürkün, Uzunmeşə, Gəray və Susay kəndlərinə də yeni sistem əsasında qaz xəttinin çəkilişi davam etdirilir.
2012-ci ilin ilk 6 ayı ərzində rayona 2 milyon 239 min manat dəyərində 22 milyon 391 min kubmetr həcmində təbii qaz verilib və bunun müqabilində 1 milyon 893 min manat vəsait toplanılıb ki, bu da verilən qazın dəyərinin 84,6 faizini təşkil edir. Məlumat üçün bildirim ki, ötən ilin eyni dövründə rayona 1 milyon 934 min manat dəyərində 19 milyon 342 min kubmetr həcmində təbii qaz verilib və 1 milyon 416 min manat vəsait toplanılıb ki, bu da 81,7 faiz təşkil edir. Bu dövr ərzində rayona 4 milyon 93 min manat dəyərində 68 milyon 218 min kilovat saat elektrik enerjisi verilib və 2 milyon 448 min manat və ya 60 faiz vəsait toplanıb. Müqayisə üçün qeyd edim ki, 2011-ci ilin müvafiq dövründə rayona 3 milyon 69 min manat dəyərində 51 milyon 153 min kilovat saat enerji verilib, 2 milyon 206 min manat və ya 72 faiz vəsait toplanıb”. Yeni yolların çəkilməsi, xüsusilə kənd yollarının çəkilməsi və təmiri ilə əlaqədar nə kimi işlərin görüldüyünə gəldikdə isə, Y.Abidov dedi ki, Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Rusiya Federasiyası ilə Dağıstan sərhəddi və Quba-Qonaqkənd avtomobil yollarının kənarları abadlaşdırılmağa başlanılıb, xidmət və ticarət obyektlərinin bir qismi təmir edilib, hasarlar bərpa edilib və rənglənib.
“İkinci Nügədi, Dağlı, Alpan, Rustov, Sofikənd, Şuduq, Qonaqkənd, Xaltan, Qəçrəş, Amsar, Yerfi, Söhüb və Xınalıq kəndlərində kənddaxili və kəndlərarası yollara çınqıl döşənərək hamarlanıb. İqriq və Təngəaltı kəndlərində asfalt örtüklü yollarda çala təmiri işləri aparılıb, Çiçi və Xanəgah kəndlərində körpülər təmir edilərək əhalinin istifadəsinə verilib. Qəçrəş İƏV ərazisində 2 km kənddaxili yollara çınqıl tökülərək təmir olunub, Quba-Qəçrəş avtomobil yolunun 300 metrlik hissəsi yenidən asfaltlaşdırılıb, 31 fərdi yaşayış evinin və köməkçi binaların dam örtükləri dəyişdirilib, 1500 metr uzunluğunda hasarlar əsaslı təmir olunaraq rənglənib. Kənd ərazisində 3 yeni avtodayanacaq yaradılıb. Rayon ərazisindəki dövlət və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işləri aparılıb, asfalt döşənib, yolların aşınmasının, küçə və səkilərin dağılmasının qarşısı alınıb.
Bakı-Quba avtomobil yolunun 146-cı km-də Vəlvələ çayının üzərindəki qəzalı vəziyyətə düşmüş körpü keçidində svayların vurulması başa çatdırılıb və mühafizə səddinin tikilməsi üçün hazırlıq işləri aparılır. Həmin yolun 157-ci km-də Qaraçay üzərində tikintisi davam edən körpüdə körpü örtüyünün montaj edilməsi, Quba-Qusar yolunda tikilməkdə olan yeni körpüdə 4 dayaqda svayların vurulması işi başa çatdırılıb. Rayonun kənd yollarının tikintisi və əsaslı təmiri ilə əlaqədar müvafiq texniki sənədlər tərtib edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub”.
Quba Azərbaycanın əsas turizm bölgələrindən biridir və bu istiqamətdə görülən işlər, turizmin inkişafı yönündə atılan addımlar haqqında da müəyyən məlumatların verilməsini istədik və Yusuf müəllim dedi ki, hazırda respublikamızda, o cümlədən Quba rayonunda "Regionların sosial-iqtisadi inkişafına dair 2008-2013-cü illərə aid Dövlət planı"na əsasən tikinti və abadlıq işləri gedir. Quba şəhəri son vaxtlar tanınmaz dərəcədə gözəlləşib.
“Yeni salınmış Quba meydanı parkı, Heydər Əliyev prospekti qubalıların sevimli istirahət yerinə çevrilib. Bu həm də rayonumuza gələn xarici və yerli turistlərin böyük marağına səbəb olub. Bildiyiniz kimi, Quba rayonu Azərbaycana gələn turistlərin ən çox bəyəndiyi bölgələrdən biridir. Onları burada cəlb edən Qubanın göz oxşayan füsunkar təbiətidir, qədim tarixidir. Turistləri ən çox maraqlandıran yerlərdən biri də Xınalıq kəndidir. Bura gələn turistlərin sayı yay mövsümü ərzində demək olar ki, 4-5 minə çatır. Bundan əlavə olaraq, turistlərin göz oxşadığı məkan Afurca kəndi və onun məşhur Afurca şəlaləsidir. Afurca şəlaləsi 75-80 metrə çatan əzəmətli bir şəlalədir və onu da qeyd edək ki, bizim rayona gələn yerli və ya xarici turistlərin göz oxşadığı yerlərdən biri də Təngəaltı yarğanıdır. Hal-hazırda Qubada 45-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt qeydə alınıb. Onlardan 20-yə yaxın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya ilə, yəni xüsusi razılıq ilə fəaliyyət göstərir və bu say artmaqdadır. Onu da qeyd edək ki, Qubada standartlara uyğun istirahət komplekslərinin sayı artmaqdadır. Bunlar "Quba Olimpiya Kompleksi" 4 ulduzlu, "Retro", "Cənnət bagı" 4 ulduzlu, "Terras" 4 ulduzlu, "SPA mərkəzi" 4 ulduzlu və yeni inşa edilən və bu yaxınlarda istifadəyə veriləcək "Rixos" istirahət kompleksidir. Rayonda bir çox millətlər, o cümlədən ləzgilər, tatlar, ruslar, türklər, yəhudilər və s. mehriban yaşayırlar. Qubada yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı Qəsəbə adlanan məkan xarici və yerli turistlərin marağına səbəb olur. Turistlərdən yan keçməyən Qubamızın göz oxşayan xalçaları da var. Onlara yenə də Turizm informasiya mərkəzi tərəfindən ətraflı məlumat verilir, qonaqlar məşhur xalça çeşidləri ilə tanış edilir. Misal üçün, "Çiçi, "Ağgül", "Qollu çiçi". Artıq Qubada 3 ekskursiya turu təşkil edilib. Bu turlar: "Quba-Xınalıq", "Quba-Afurca" və yeni hazırlanan "Quba-Ləzə" istiqamətlərini əhatə edir. Bütün bunlar Qubada turizm potensialının inkişafına böyük təsir göstərir. Mövsümün əvvəlindən axırına qədər sözügedən rayon turistlərin daha çox axın etdiyi məkanlardan birinə çevrilir. Hər il minlərlə yerli və xarici turist bölgəyə səfər edir”. Kənd təsərrüfatı sahəsindəki mövcud vəziyyətə gəldikdə isə, Y.Abidov bunları bildirdi:
“Rayonumuzda 2012-ci ilin məhsulu üçün 19 min 27 hektar sahədə əkin əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1884 hektar çoxdur. Bunun 17 min 724 hektarını buğda, 1303 hektarını isə arpa sahəsi təşkil edir. 1560 hektar biçilən taxıl sahəsindən 3894 ton məhsul toplanıb. Yığılan taxılın 1260 hektarını buğda, 300 hektarını isə arpa təşkil edir. Bu ilin ötən dövrü ərzində hektara məhsuldarlıq 24 sentner olmuşdur. 414 ton kartof, 470 ton tərəvəz toplanıb”. Vətəndaşların müraciətlərinin həlli məsələsi və yerlərdə keçirilən səyyar qəbullarla bağlı nə deyə bilərsiniz sualımıza isə RİH-nin rəsmisi bildirdi ki, vətəndaşların ərizə, şikayət və təklifləri ilə əlaqədar məsələlərə də diqqət xeyli artırılıb, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Rayon icra hakimiyyətinin başçısı aparatına ayrı-ayrı vətəndaşlardan, müxtəlif dövlət orqanlarından və digər qurumlardan ümumilikdə 871 yazılı müraciət daxil olub. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 819 ədəd azalıb. Belə ki, ötən ilin ilk 6 ayı ərzində 1690 ədəd yazılı müraciət daxil olub.
Daxil olmuş yazılı müraciətlərin böyük əksəriyyəti əhalinin sosial müdafiəsi, mənzil məsələləri, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, sosial yardımlar və digər məsələlərlə əlaqədar olub. Yazılı müraciətlərin 317-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 554-ü isə bilavasitə vətəndaşlardan daxil olub. Quba şəhəri, İkinci Nügədi, Zərdabi, Rustov, Vladimirovka, Alekseyevka, Qonaqkənd, Birinci Nügədi İƏV-ləri üzrə daxil olmuş müraciətlərin sayı çoxluq təşkil edir. Bu da onu göstərir ki, adıçəkilən inzibati ərazi vahidləri üzrə nümayəndələr tərəfindən yerlərdə vətəndaşların müraciətlərinə baxılması və onların problemlərinin həlli istiqamətində iş zəif təşkil olunub. Vətəndaşların qəbulu məsələlərinə diqqət xeyli artırılıb. Cari ilin 6 ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatında 1238 nəfər vətəndaş qəbul edilib.
Quba, Birinci Nügədi, İkinci Nügədi, Alekseyevka, Vladimirovka, Zərdabi, Amsar, Rustov və Küpçal inzibati ərazi vahidlərindən şifahi müraciət etmiş vətəndaşların sayı daha çox olub. Həmin müddətdə vətəndaşlar tərəfindən edilmiş şifahi müraciətlərin əksəriyyəti həyətyanı torpaq sahəsi, maddi və ünvanlı sosial yardım, mənzil-məişət problemlərinin həlli və digər məsələlərlə əlaqədar olub.
15 mart 2012-ci il tarixdən başlayaraq indiyədək rayon üzrə 22 inzibati ərazi vahidində vətəndaşların səyyar qəbulları təşkil olunub. Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılaraq onların rayon səviyyəsində həlli mümkün olanları aradan qaldırılıb, bir sıra məsələlərlə bağlı isə aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldırılıb”. Son vaxtlar Quba rayonunda genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinə də toxunan A.Abidov dedi ki, Quba şəhərinin mərkəzindəki “Quba meydanı” mədəniyyət və istirahət parkının çox qısa müddət ərzində əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilməsi görülmüş işlərin ən bariz nümunəsidir. Burada 4300 kv. metrdən çox sahəyə “Mərmər”, “Aqlay”, “Tomet” plitələri düzülmüş, 4500 kv. metrdən çox sahədə isə yaşıllıqlar salınıb.
“Rayon mədəniyyət evinin qarşısında da yeni parkın yaradılması həmin ərazinin ümumi görünüşünə xüsusi gözəllik qatıb, həmahənglik gətirib. “Quba meydanı”nın ətrafındakı inzibati, ticarət və xidmət obyektlərinin dam örtükləri dəyişdirilib, fasadları yenilənib. Mədəniyyət və istirahət parkında musiqili fəvvarə, uşaqlar üçün əyləncə mərkəzi, xidmət və istirahət obyektləri, müasir işıqlandırma sistemi, piyadalar üçün yerüstü keçid quraşdırılıb, parkın ərazisində 7000 ədəddən çox gül, 5000 ədəddən çox ağac və kollar əkilib. “Quba meydanı” ərazisində böyük ölçülü monitor quraşdırılıb. Özünün qədim tarixi və memarlıq üslubu ilə fərqlənən Quba musiqi məktəbinin, uşaq texniki yaradıcılıq mərkəzinin, Qələbə və Bakıxanov küçələrindəki kommersiya və yaşayış binalarının dam örtükləri əsaslı bərpa olunaraq istifadəyə verilib. Şəhərin Heydər Əliyev prospekti ilə Maksim Qorki küçələrinin kəsişdiyi sahədə qədim Qubanın rəmzi kimi möhtəşəm “Qala Qapısı” inşa edilib, “Dədə Qorqud” abidə kompleksi yenidən qurulub. Heydər Əliyev prospektində bütün yaşayış evlərinin və sosial obyektlərin fasadları, dam örtükləri əsaslı surətdə yenidən qurulub, prospektdə yeni küçə işıqlandırılması sistemi yaradılıb. Ümumilikdə Quba şəhərində və bir neçə kənddə 800-ə yaxın yaşayış evinin dam örtükləri tamamilə dəyişdirilib, bu istiqamətdə işlər hazırda da davam etdirilir. Heydər Əliyev prospektində 104 işıq dayağı quraşdırılıb, 4160 p/m yeraltı kabel buraxılaraq prospekt rəngarəng işıqlarla və bayraqlarla bəzədilib.
Heydər Əliyev prospekti, Əliqulu Nərimanov, Memar Əcəmi, General Əsədov, Səməd Vurğun, İstiqlal, Tuti Bikə, Səkinəxanım və sair küçələrə 4000 p/m-dən çox səki qoyulub, 70 min kv. metrdən çox asfalt örtüyü döşənib. Çoxmərtəbəli yaşayış evlərinin fasadları 2500 kv. metrdən çox “alkopon” materialı, yaşayış evlərinin fasad və divarları 10 min kv. metrdən çox “Aqlay” üzlük daşı, 5000 kv. metrdən çox “Qaya daşı” ilə üzlənib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində rayon İcra Hakimiyyətinin 3 mərtəbəli, möhtəşəm yeni inzibati binasının, “Gənclər mərkəzi”nin və “Bayraq meydanı” kompleksinin və yeni 1000 kvadrat metr sahəsi olan fəvvarənin tikintisi yüksək sürətlə davam etdirilir.
Heydər Əliyev prospektində rayon mərkəzi Poçtamtının və rayon məhkəməsinin yeni inzibati binalarının da tikintisinə başlanılıb. Şəhər 1 saylı körpələr evinin və “Nizami” parkının ərazisində A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyinin yeni binasının tikintisi davam etdirilir. Quba Olimpiya Kompleksinin və Diaqnostika Mərkəzinin yaxınlığında şəhərə giriş qapıları inşa edilir.
Fətəli Xan küçəsində 79 saylı beşmərtəbəli yaşayış binasının 1442 kv. metr, 77 saylı ikimərtəbəli yaşayış binasının 4700 kv. metr, Heydər Əliyev prospektində isə 180 saylı ikimərtəbəli yaşayış binasının 920 kv. metr dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub. Fətəli Xan küçəsindəki 79 saylı beş mərtəbəli binanın fasad hissəsi 650 kv. metr “Alkopon” materialı ilə üzlənib. Rayon kooperativlər ittifaqı binasının dam örtüyü sökülərək yenilənmiş, binanın fasad hissəsi 310 kv. metr “alkopon” materialı ilə üzlənmişdir. Binanın 1200 kv. metrdən artıq qapı və pəncərələri yenilər ilə əvəz olunub.Quba şəhəri ilə yanaşı rayonun bir çox inzibati ərazi vahidlərində təmizlik, abadlıq işləri başlanılıb, təmir-tikinti, yenidənqurma işlərinə start verilib.Ərazilərdə giriş qapıları və nişanların tikintisinə başlanılıb. Talabıqışlaq, Amsar, Birinci Nügədi, İkinci Nügədi, Hacıhüseynli, Əlik inzibati ərazi vahidi üzrə nümayəndəliklərində giriş qapılarının tikintisi başa çatdırılıb.
Vəlvələ və Paşaoba kəndlərində kənd təsərrüfatı məhsullarının satışı üçün satış mərkəzlərinin tikintisinə başlanılıb. Quba rayon icra hakimiyyətinin sifarişi əsasında rayonun Talabı kəndində 80, Möhüc, İspik, Talabıqışlaq kəndlərində 180, İkinci Nügədi, Qaraçay kəndlərində 360 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Dağlı, Küpçal, Hacıqayıb, Xucbala, Aşağı Tüləkəran kəndlərində tikiləcək məktəb binalarının sənədləşdirilməsi işləri aparılır. Quba şəhər 2 saylı məktəb liseyin əsaslı təmiri başa çatdırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti və əlaqədar nazirliklərin nümayəndələri tərəfindən rayon ərazisində yerləşən əsaslı təmirə və yeni binaya ehtiyacı olan 56 məktəbin və 13 uşaq bağçasının monitorinqi aparılıb. Rayonda səhiyyə binalarının təmiri, tikintisi və yenidən qurulması sahəsində də müəyyən işlər görülüb. Rayonlararası psixonevroloji reabilitasiya mərkəzində təmir işləri başa çatdırılıb və mərkəzin əsas su xətti tamamilə dəyişdirilib. İyun ayında Qonaqkənd Qəsəbə sahə xəstəxanasının yeni binasının tikintisinə başlanılıb. Quba rayonu icra hakimiyyəti başçısının 30 mart 2012-ci il tarixli 63 nömrəli sərəncamı ilə Quba rayonunda 2012-ci il “Kitabxanalar ili” elan edilib, bu istiqamətdə müəyyən işlər aparılıb. Rayon mədəniyyət evinin qarşısında kitab bayramı, Nizami adına parkda kitab festivalı və digər tədbirlər keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 01 fevral 2012-ci il tarixli, 37 saylı əmri ilə Quba rayonu Azərbaycan Respublikasının “Sənətkarlıq paytaxtı” elan olunub. 30 may 2012-ci il tarixdə bu məqsədlə təqdimat mərasimi keçirilib, cari ildə silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Turizmin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülüb, müasir standartlara uyğun turist xidməti obyektləri tikilib istifadəyə verilib. Hazırda Əski-İqrıq kəndi yaxınlığında dünya standartlarına uyğun möhtəşəm “Riksos” otel turizm kompleksinin tikintisi davam etdirilir. Kompleksin ərazisində həmçinin möhtəşəm golf meydançası da yaradılıb. Qubanın zəngin tarixi keçmişi nəzərə alınaraq rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən tədqiqat işlərinin aparılması və Quba haqqında kitabın nəşri məqsədilə komissiya yaradılıb. Komissiya artıq öz işini yekunlaşdırıb və yaxın vaxtlarda müvafiq prosedurdan sonra kitabın nəşri nəzərdə tutulur. Cari ilin sentyabr ayının sonlarında, oktyabr ayının əvvəllərində müvafiq dövlət orqanlarının razılığı əsasında rayonumuzda “Alma bayramı”nın keçirilməsi qərara alınıb. Birinci yarımildə gənclər siyasəti və idman sahələrinə diqqət daha da artırılıb. Belə ki, gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədilə “28 May“ parkının ərazisində “Gənclər evi”nin tikintisi və gənclər parkının salınması planlaşdırılıb, Heydər Əliyev adına parkın ərazisində isə “Gənclər mərkəzi”nin tikintisinə başlanılıb”. Əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görürüldüyünə gəldikdə isə, A.Abidov dedi ki, qeyd olunan istiqamətdə ardıcıl tədbirlər görülür.Cari ilin birinci yarısında rayonda 699 iş yeri açılmışdır ki, onların da 446-sı daimi iş yerləridir. Gələcəkdə Qubada həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında da danışan Abidov dedi ki, həyata keçirilməsi nəzərdə tutulan böyük həcmli layihələrimiz var. 1000 nəfərlik və dam örtüyünün fəsillərə uyğun olaraq bağlanıb-açıla biləcək böyük konsert zalının tikintisi nəzərdə tutulur, 18 metr postamenti və 54 metr bayrağın hündürlüyü olacaq böyük Bayraq Meydanının və böyük həcmli musiqili fəvvarənin tikintisinə isə artıq başlanılıb. Bundan əlavə Quba rayonunun daha da inkişafı məqsədilə böyük həcmli infrastruktur layihələr nəzərdə tutulub.
Kənan