Quba hadisələrinin ardından, ölkə prezidenti İlham Əliyev Mübariz Ağayevi Quba Rayon İcra Hakimiyyəti başçısı təyin etdikdən sonra, bu Şimal İncisi Qubada sosial və siyasi sabitlik yavaş-yavaş öz axarına düşməyə başlayıb.Artıq Qubada əhali gündəlik sosial-məişət qayğıları və əkib-becərdiyi məhsulların Azərbaycan alıcısına çatdırlıması yönündə daha çox çalışır.Qubanın turizim güçü isə əhalininin yeni gəlir mənbəyi kimi də dəyərləndirilməlidi. Bütün bunların fonunda yeni icra başçısına düşən isə, xoşüzlü əhali ilə əl-ələ verib Qubanı sözün həqiqi mənasında Şimal İncisinə çevirmək qalır.Elə Mübariz Ağayevdə deyəsən bu yolu əsas hədəf tutub. İndi Quba əvəlki Quba deyil desək bəlkə də yanılmarıq. Qubada son günlər başlayan quruculuq və abadlıq işləri, səmimi desək kosmetik xarakter daşımır.Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin özü də Qubanın ölkənin turizim məkanı olaraq daha da inkişaf edib,adını dünya turizim şəhərləri sırasında olmasında maraqlıdı. Qubaya bu yaxınlarda etdiyimiz səfər zamanı gördüklərimiz bunu deməyə əsas verir ki, istər şəhər daxili infrasturukturun yenilənməsi, şəhərin tarixi və memarlıq görnüşünün özünə qaytarılması üçün M.Ağayev və Quba əhalisi əl-ələ verib birlik nümaiş etdirirlər. Bizə düşən isə reginların sosial-iqtisadi inkişafına uyğun olaraq Qubada həyata keçirilən işləri şərh vermədən cəmiyyətə çatdırmaqdı.M.Ağayevin qıssa bir zaman kəsiyində Qubanı dəyişməsi təbii ki, hər bir Azərbaycan vətəndaşı kimi bizidə sevindirir.Axı biz şəhərin qızmar istisindən və gündəlik iş qayğılarından dincəlmək üçün Qubanı daima birinci olaraq görürük.Təbiiətin verdiyi gözəlliklər məhz Qubada bir ulduz kimi parlayır.Ona görə də Quba Şimal İncisi olaraq daim alışıb-yanmalı ki, onun nuru hər birimizin qəlbin işıqlandırsın.
Kənan