Mübariz Mənsimov Şuşa uğrunda döyüşlərdə şəhid olan Röyad Məmmədovun adına gəmi verdi

Mübariz Mənsimov Şuşa uğrunda döyüşlərdə şəhid olan Röyad Məmmədovun adına gəmi verdi


"Palmali”nin növbəti gəmisi 44 günlük Vətən Müharibəsinin şəhidlərindən olan  Röyad Məmmədovun adını daşıyacaq."Palmali" Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov şəhidin anasından gəmiyə adının verilməsi ilə bağlı icazə alaraq xeyir duasını istəyib.

Bu barədə Mübariz Mənsimovun şəxsi feysbuk səhifəsində məlumat verilib: 

"Növbəti gəmimiz şəhid Röyad Məmmədovun adını daşıyacaq. 22 yaşlı igid Şuşa uğrunda döyüşlərdə şəhid olub. Valideyinləri qarşısında baş əyirəm, çünki onlar Vətənə bu cür vətənpərvər, mərd, qeyrətli oğul bəxş ediblər"-deyə Mənsimovun səhifəsində qeyd olunub.

Masallının Mahmudavar kəndində anadan olan şəhid Röyad Məmmədovla bağlı Mübariz Mənsimov daha sonra bunları qeyd edib: 

"Bu igid sən demə, Masallının Mahmudavar kəndində doğulub, boya-başa catıb. Bu mənim üçün ikigat qürurvericidir. Anamın doğulduğu, yaşadığı kənddir Mahmudavar kəndi. Sən demə, Röyad gəmici olmaq istəyirmiş. İndi gəmi onun adını daşıyacaq və neçə-neçə limanda dənizcilər onun yolunu gözləyəcək. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun"- deyə bildirib.

Gəminin yaxın həftələrdə dənizə buraxılması ilə gözlənilir.  

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulininin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olur. Şəhidimiz doğulub boya-başa çatdığı Mahmudavar kəndinda dəfn olunub.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təltifləri: 

"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az