“Müxalifətin prezident seçkilərinə vahid, çoxlu, iki namizəd və ya hansı formada gedəcəyi bizim üçün əhəmiyyət kəsb etmir”.
Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı verib. M. Qurbanlı deyib ki, YAP seçkilərdə öz namizədi ilə iştirak edəcək və bu namizədin ölkə başçısı İlham Əliyev olduğu da bəllidir:
“Gələcəkdə prezident seçkilərində Yeni Azərbaycan Partiyası ilə hansı siyasi qüvvə və yaxudda hansı namizəd rəqabət aparacaq, biz bununla məşğul olmuruq. Biz öz seçki kampaniyamıza hazırlıqla məşğuluq. Yeni Azərbaycan Partiyası üçün hansı palatanın nəyi müzakirə etməsini, həmin qurumların daxili işi hesab edirik”.
M. Qurbanlı qeyd edib ki, YAP üçün İctimai Palata adlanan qurum siyasi güc mərkəzi hesab olunmur:
“Partiyanın təhlillərində həmin qurumu siyasi güc mərkəzi kimi dəyərləndirmirik. Bu məsələ ilə bağlı praqnoz verib, onların fəaliyyətini dəyərləndirmək fikrimiz yoxdur. Yeni Azərbaycan Partiyası İctimai Palatanın fəaliyyətini təhlil etmir. Çünki təhlil ediləcək nüans və çəki görmürük. ”
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ