Müdafiə naziri İlham Zəkiyevi təltif etdi

Müdafiə naziri İlham Zəkiyevi təltif etdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevə təşəkkürnamə verib.

Vətəninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, təşəkkürnaməni İlham Zəkiyevə müdafiə naziri Zakir Həsənov özü təqdim edib.

Təşəkkürnamədə deyilir:
"Sizi Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa Oyunlarında şərəfimizə qaldırılan Bayraq Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir".




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az