Müdafiə Nazirliyindən AÇIQLAMA: "Döyüş mövqelərində..."

Müdafiə Nazirliyindən AÇIQLAMA:
Azərbaycan Ordusunun, xüsusilə dağlıq, çətin relyef və iqlim şəraitli ərazilərdə dislokasiya olunmuş bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilir.

 

Bu barədə Teleqraf.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, ordunun dayaq məntəqələri və döyüş mövqelərində bütün növ ehtiyatlar yaradılıb.

 

"Şəxsi heyətin gündəlik xidməti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilib", - Müdafiə Nazirliyindən bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az