“Müharibəyə qədər raket ala bilmədik” - Paşinyandan etiraf

“Müharibəyə qədər raket ala bilmədik” - Paşinyandan etiraf

Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiyadan raketsiz "Su-30CM” qırıcı təyyarələri aldığını etiraf edib.

Miq.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan Rusiyadan alınan "Su-30CM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirib.

Onun sözlərinə görə, Rusiya hökumətinin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır.

"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?", - deyə Paşinyan ittihamlara cavab verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az