Müxalifət fəalı vaxtından əvvəl azadlığa buraxıldı

Müxalifət fəalı vaxtından əvvəl azadlığa buraxıldı

AXCP fəalı, 2-ci qrup Qarabağ əlili İsmayıl Rəsulov dünən Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Virtualaz.org saytının verdiyi məlumata görə, onun azadlığa buraxılması barədə qərarı Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

İ.Rəsulovun vəkili Əsabəli Mustafayev bildirib ki, şikayətə belə tələsik baxılacağını gözləmirlərmiş: "Biz apellyasiya şikayətini məhkəməyə avqustun 29-da təqdim etmişdik. Bu gün qəfildən zəng elədilər ki, "gəlin, şikayətə baxılır””.

Xatırladaq ki, 59 yaşlı İ.Rəsulov avqust ayının 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilmişdi.

Müxalifətçi polisə müqavimət göstərərək inzibati xəta törətməkdə təqsirləndirilirdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az